Xaçmaz sakini dənizdə batıb. Bu barədə ShimalNews 6 avqust tarixində Report-a istinadən xəbər verir.
Şollar kənd sakini, 13 yaşlı Firudin Bağırov dostları ilə Liman adlanan ərazidə balıq tutarkən boğulub. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.