Xaçmaz rayonunun Quba istiqamətindən girişində yeni lövhə quraşdırılıb. Bu haqda ShimalNews 24 noyabr tarixində məlumat verir.
Hazırda yeni lövhənin ətrafında abadlıq işləri aparılır, yeni yaşıllıqlar salınır. İcra başçısı Elnur Rzayev görülən işlərlə yerində tanış olub və müvafiq tapşırıqlarını verib.
Eləcə də gələcəkdə ərazidə həyata keçiriləcək layihələrlə bağlı mütəxəssislərin rəy və təklifləri dinlənilib.