Xaçmazda yeni vəzifəyə təyin olunan Vətən müharibəsi qazisinin halı qəfildən pisləşib. Bu barədə ShimalNews 4 may tarixində Bizim.Media-ya istinadən məlumat verir.
Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiri Könül Məmmədova bildirib ki, Qarabağ qazisi Cavid Xaspoladov sol qoltuqaltı və əzələ-dəri sinirinin neyropatiyası hissi, sol kürək nahiyəsindən odlu silah yaralanmasından sonrakı vəziyyət diaqnozu ilə daxil olub. Hazırda onun vəziyyəti stabilləşib.
İcra başçısı Elnur Rzayevin əmri ilə C. Xaspoladov Yergüc İnzibati Ərazi Dairəsinin nümayəndəsinin müavini vəzifəsinə təyin olunmuşdur.