Xaçmaz rayonunda mütaliə saatı keçirilib. Bu barədə ShimalNews 25 iyul tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Tədbir Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qalağan kənd kitabxana filialında baş tutub. Mütaliə saatı uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil edilib.