Xaçmaz şəhərində 2 nəfər bıçaqlanıb. Bu haqda ShimalNews 18 dekabr tarixində İqtisadiyyat.az-a istinadən məlumat verir.
Hadisə dekabrın 17-si axşam saatlarında Bakı prospektində baş verib. Quba rayonunun Barlı kənd sakini Fərid Mirişov Xaçmaz sakinlərini təhqir edib və söyüb. Daha sonra onlara bıçaqla xəsarət yetirib.
Mirişov post patrul xidməti əməkdaşları tərəfindən yaxalanaraq RPŞ-nin inzibati binasına aparılıb.
Araşdırma aparılır.