Xaçmaz rayonunda bir nəfər barmağına taxdığı üzüyün sıxışması nəticəsində köməksiz vəziyyətdə qalıb.
Shimal.News xəbər verir ki, bu baradə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, dərhal əraziyə müvafiq xilasetmə qüvvələri və təcili tibbi yardım briqadası cəlb olunub.
Həkimlərin iştirakı ilə üzük müvafiq qaydada çıxarılıb.