21 yaşlı Xaçmaz rayon sakini S.Rüstəmova paytaxtın Səbail rayonu Fikrət Əmirov küçəsində yerləşən binada özünü asıb. Bu barədə ShimalNews 18 may tarixində “Qafqazinfo”ya istinadən xəbər verir.
Ərazidə xidmət aparan polis əməkdaşı qızın özünü asdığı pilləkən qəfəsində onu aşkar edib. Əməkdaşın müdaxiləsindən sonra gənc qız xilas edilərək xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.