Xaçmaz rayonunda şəhid İlqar Hüseynlinin əkiz övladlarının doğum günü keçirilib. Bu haqda ShimalNews 20 may tarixində məlumat verir.
Xudatda yaşayan Həsən və Hüseynin doğum günündə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Rayon Komitəsinin sədri və digər şəxslər iştirak ediblər. Onlar icra başçısı Elnur Rzayevin təbriklərini səbəbkarlara çatdırıblar.