May ayı ərzində Xaçmaz şəhərində “Təmizlik ayı” keçiriləcək. Bu barədə ShimalNews 26 aprel tarixində şəhər İƏD-ə istinadən məlumat verir.
Tədbir ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar təşkil olunacaq. Ay ərzində küçə və prospektlərdə sakinlərin iştirakı ilə iməciliklər, abadlıq və ağacəkmə aksiyaları həyata keçiriləcək.
Bu prosesdə fəal iştirak edən və ən təmiz küçə elan ediləcək, ən aktiv və çalışqan sakini isə Xaçmaz şəhər İƏD Nümayəndəliyi tərəfindən mükafat gözləyir.