Xaçmazda fərdi yaşayış evlərinin birində meyit tapılıb. Bu haqda ShimalNews 1 noyabr tarixində Report-a istinadən məlumat verir.
Cəsəd şəhərin Asif Cəbrayılov küçəsindəki fərdi yaşayış evlərinin birində aşkarlanıb. Mafizə Şirinbalayevanın meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib.
Ehtimal edilir ki, qadın bir neçə gün öncə ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.