Xaçmaz şəhərində inklüziv siniflərin əhatə dairəsi genişləndirilir. Bu barədə ShimalNews 28 iyul tarixində AZƏRTAC-a istinadən məlumat verir.
İnklüziv siniflər barədə əmr təhsil naziri Emin Əmrullayev tərəfindən imzalanıb. “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Xaçmaz şəhəri 6 nömrəli məktəb-liseydə inklüziv sinif təşkil ediləcək.