Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi qazisi Rəvan Mərdanovu ziyarət edib. Bu haqda ShimalNews 27 dekabr tarixində məlumat verir.
Elnur Rzayev və rayonun digər məsul şəxsləri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il bayramı ərəfəsində Vətən müharibəsi qazisi olan Üçgün kənd sakininin evinə qonaq gəlib, səhhəti ilə maraqlanıblar.
Rəvan Mərdanov 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlərə görə “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
