Xaçmazda ekoloji aksiya keçirilib. Bu haqda ShimalNews 18 may tarixində məlumat verir.
Sahilboyu ərazilərin təmizlənməsi "Yaşıl dünya naminə həmrəylik İli" çərçivəsində baş tutub. Tədbirdə Rayon İcra Hakimiyyətinin, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, yerli icra nümayəndəliklərinin və bələdiyyələrin işçiləri, eləcə də sakinlər aktiv iştirak ediblər.
Çimərliklərdə dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb. Çimərlik mövsümünə kimi Nabran turizm zonası da daxil olmaqla bütün sahil zolaqlarının tullantılardan təmizlənməsi nəzərdə tutulub.