Xaçmazın Ləcət, Moruqoba və Tağaroba kənd sakinləri ilə icra başçısı Elnur Rzayev görüş keçirib. Bu barədə ShimalNews 14 iyun tarixində məlumat verir.
Qəbul Ləcət kəndində baş tutub. Burada yerli hüquq mühafizə orqanlarının rəhbərləri, xidmət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.
Vətəndaşlar elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, suvarma suyu ilə təchizatın yaxşılaşdırılması və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə tapşırıqlar verilib.