Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba–Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov idmançılar və məşqçilərlə görüşüblər. Bu barədə ShimalNews 21 may tarixində məlumat verir.
“Əhməd” İdman Klubunun zalında gənclərlə idmana marağının artırılması və onların zərərli vərdişlərdən uzaq olmaları ilə bağlı fikir mübadiləsi aparılıb, idmançıları maraqlandıran suallar cavablandırılıb.
Hazırda idmançılar məşqçi-müəllim Suleyman Əliyevin rəhbərliyi altında MMA, kunq-fu, qrapplinq və digər idman növləri üzrə yarışlara hazırlaşırlar.