Xaçmaz rayonunda sakinlərin növbəti səyyar qəbulu keçirilib. Bu haqda ShimalNews 25 aprel tarixində məlumat verir.
RİH başçısı Elnur Rzayev yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Mürşüdoba kəndində səyyar qəbul keçirib. Qəbulda Nərəcan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə daxil olan Mürşüdoba, Nərəcan, Ağtala, Çiləgir, Sabiroba və Mançaroba kəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər su təchizatının yaxşılaşdırılması, elektrik təsərrüfatının yenilənməsi, yeni məktəb binasının və tibb məntəqəsinin inşası ilə bağlı müraciətlər səsləndiriblər. Elnur Rzayev problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.