Xaçmaz şəhərində abadlıq işləri davam edir. Bu barədə ShimalNews 30 iyul tarixində şəhər İnzibati Ərazi Dairəsinə istinadən məlumat verir.
Ötən gün M. Ə. Rəsulzadə küçəsində yol kənarına çıxmış otlar biçilib. Adıçəkilən küçədə təmizlik işləri artıq yekunlaşdırılıb.
Yaxın günlərdə Atatürk, M. F. Axundov və digər küçələrdə təmizlik işləri həyata keçiriləcək.