Xaçmazda növbəti bələdiyyə sədri məsuliyyətə cəlb edilib. Bu haqda ShimalNews 24 noyabr tarixində DİN-in Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polis Şöbəsinin əməkdaşları Qaraqurtlu kəndi ərazisində yoxlama keçirdikləri zaman sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar ediblər.
Nəticədə kəndin bələdiyyə sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.