Xaçmaz rayonunda 5 ton ot bağlaması kül olub. Bu haqda ShimalNews 23 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN)istinadən məlumat verir.
Yanğın hadisəsi Qaradağlı kəndində qeydə alınıb. Ümumi sahəsi 60 kv.m olan talvarın yanar konstruksiyaları 20 kv.m sahədə və altına yığılan ot bağlamaları yanıb.
Əraziyə FHN əməklaşları cəlb ediliblər. Onlar talvarın qalan hissəsini və 10 ton ot bağlamasını yanğından mühafizə ediblər.