Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasında yoxlamalar baş tutub. Bu barədə ShimalNews 26 apreldə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
“Təmiz hövzələr” aksiyası çərçivəsində sintetik torların yığışdırılması həyata keçirilib. Xaçmaz və Sabunçu rayonları akvatoriyasından və Şəmkir su anbarından ümumilikdə 2080 metr uzunluğunda 30 ədəd sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb.
Bu kimi tədbirlər davam etdiriləcək.