Xaçmazda gənclər üçün "Narkomaniyaya yox deyək!" adlı tədbir təşkil edilib. Bu haqda ShimalNews 16 dekabr tarixində məlumat verir.
Peşə liseyində təşkil edilən toplantıda polkovnik-leytenant Rafael Cəfərov, həkim-narkoloq Ağakərim Muradxanov, Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov və Xaçmaz Peşə liseyinin Çağırışaqədərki hazırlıq rəhbəri Sərvər Mövsümov çıxış ediblər.
Keçirilən tədbirin məqsədi şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problemlər haqqında maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir.