Xaçmaz Peşə Liseyində yeni tədris ili üzrə tələbə qəbuluna start verilir. Bu barədə ShimalNews 29 iyul tarixində liseyin Facebook hesabına istinadən məlumat verir.
Peşə təhsili müəssisəsinə aşpaz, dərzi, dülgər, rəngsaz və suvaq ustası, torna və frezer dəzgahlarının operatoru ixtisasları üzrə qəbul elan edilib. Burada təhsil 3 il davam edir.
Mebel ustası, əl elektrik qaynaqçısı, kompüter operatoru, kargüzar, qənnadçı şirniyyatçı və əməliyyatçı mühasib peşələri üzrə təhsil 1 il davam edir.
Adıçəkilən ixtisaslarda təhsil dövlət hesabındandır. Peşə təhsili almaq istəyən şəxslər 1-12 avqust tarixlərində “portal.edu.az” platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər.