Xaçmazda Mirzə Ələkbər Sabirin anadan olmasının 160-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu barədə ShimalNews 28 iyul tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Tədbir Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ağyazı kənd kitabxana filialında baş tutub. Görüşdə gənc kitabsevərlər Azərbaycanın Xalq şairi Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı ilə tanış olublar.