Xaçmazda ekoloji təmizlik aksiyası keçirilib. Bu haqda ShimalNews 26 aprel tarixində məlumat verir.
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində baş tutan tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəhbərliyi, əməkdaşları, Yalama Meşəbəyliyinin əməkdaşları və 25 nəfər könüllü gənc iştirak ediblər. Onlar meşə ərazisini plastik və məişət tullantılarından təmizləyiblər.
Aksiyanın keçirilməsində məqsəd "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təbiətin, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarət olub.