Xaçmazda KOBİM-in növbəti təlimi keçirilib. Bu barədə ShimalNews 29 iyul tarixində mərkəzə istinadən məlumat verir.
"Vahid bəyannamənin tərtib edilməsi" mövzusunda baş tutan maarifləndirici təlimində vahid bəyannamənin tərtib edilməsi və göndərilməsi qaydaları barədə məlumatlar verilib.
Bundan əlavə, əməkhaqqı fondunun hesablanması, dövlət, neft və qeyri-dövlət, qeyri-neft sektorları üzrə əməkhaqqının hesablanması, fərdi sahibkar və hüquqi şəxslər üçün vahid bəyannamənin tərtib edilməsi və s. danışılıb. Eləcə də vergi orqanının saytından istifadə qaydaları izah olunub.