Xaçmazda "Yumşaq bacarıqlar" mövzusunda təlim keçirilib. Bu haqda ShimalNews 24 oktyabr tarixində KOBİM-ə istinadən məlumat verir.
11 nəfərin qatıldığı təlimdə mərkəzin eksperti tərəfindən liderlik və idarəetmə, vaxtın idarə olunması, effektiv ünsiyyət, satış bacarıqlarının biznesdəki rolu və əhəmiyyəti ilə bağlı məlumat verilib. Bundan əlavə, tənqidi düşüncənin və komanda işinin biznesə tətbiqi, innovativ düşüncənin biznesə təsiri, emosional kontent və etibarlı münasibətlərin qurulması və digər məqamlar barədə danışılıb.