Xaçmazda "4P marketinq" mövzusunda təlim keçirilib.Bu haqda ShimalNews 18 dekabr tarixində məlumat verir.
KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən təşkil edilən görüşdə müştəriyönümlü marketinq, rəqib analizi, effektiv reklam yaradıcılığı və brendin yaradılma üsulları ilə bağlı məlumat verilib. Bundan əlavə, təlimdə digital marketinq, marketinq planlaşdırmasının əsas istiqamətləri, məhsul, qiymət, marketinq araşdırması, hədəf kütlənin müəyyən olunması barədə danışılıb.
Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.