Xaçmaz rayon sakini həmyerlisi tərəfindən hədələnib. Bu barədə ShimalNews 22 mart tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Martın 20-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən E.Kərimov bildirib ki, ötən ilin oktyabr ayında A.Əlislamov oğurluq məqsədilə həyətinə girib. O, zərərçəkənin əllərini bağlayıb, fotoşəkillərini çəkib. Materialları yayacağı hədəsi ilə 5000 manat pul tələb edib, lakin 3500 manat aldıqdan sonra Kərimovu sərbəst buraxıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən A.Əlislamov saxlanılıb.
Araşdırma aparılır.