Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib. Bu haqda ShimalNews 1 sentyabr tarixində quruma istinadən məlumat verir.
Görüş Gülalan kəndində yerli hüquq-mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxslərinin iştirakı ilə keçirilib. Qəbul zamanı Elnur Rzayev Qaraqurtlu, Hacıqurbanoba, Çığatay, Gülalan, Çaxmaqlı, Laman və Qaraqaşlı kəndlərinin sakinlərinin müraciətlərini dinləyib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, kəndlərarası yolların təmiri və içməli su ilə bağlı məsələləri səsləndiriblər. Müraciətlərin böyük hissəsi yerindəcə həll edilib.
Sonda Elnur Rzayev Vətən müharibəsi iştirakçılarına təltif olunduqları medalları təqdim edib.