Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Gödəkli kəndində səyyar qəbul keçirib. Bu haqda ShimalNews 7 dekabr tarixində RİH-yə istinadən məlumat verir.
Çaykənarı və Gödəkli kəndlərinin sakinləri ilə görüşdə rayon prokuroru Rəşad Məmmədov və xidmət təşkilatlarının məsul şəxsləri, eləcə də Çaykənarı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə daxil olanlar iştirak ediblər. Vətəndaşlar kəndlərarası yolun təmiri, elektrik təsərrüfatının yenilənməsi, rabitə, internet və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər. Bir çox müraciətlər yerindəcə həll edilib.