Xaçmaz rayonunun Ağtala kəndində icra başçısı vətəndaşların müraciət və təkliflərini dinləyib. Bu haqda 3 may tarixində ShimalNews RİH-yə istinadən məlumat verir.
Nərəcan, Ağtala, Mürşüdoba, Çiləgir, Sabiroba və Mançaroba kəndlərinin sakinləri ilə görüşdə Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.
Qaldırılan məsələlərin arasında məktəb binasının tikintisi, əlavə subartezian quyusunun qazılması və digər sosial müraciətlər olub. Bir çox müraciətlər yerindəcə həll edilib.
Elnur Rzayev vətəndaşları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.