Xaçmaz rayonunda gənclərlə görüş keçirilib. Bu haqda ShimalNews 13 may tarixində məlumat verir.
"Mərkəzə doğru" layihəsi çərçivəsində təşkil edilən tədbir Yergüc kəndində baş tutub. İştirakçılara Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) fəaliyyət istiqamətləri, könüllülük, təcrübə proqramı, həmçinin təşkil edilən təlim və layihələr haqqında ətraflı məlumat verilib.
Görüş GİKM-in Quba-Xaçmaz Regional Nümayəndəliyinin Xaçmaz bölməsi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz sektorunun birgə təşkilatçılığı ilə baş tutub.