Xaçmaz rayonunda məktəblilərə infeksion xəstəliklərin profilaktikası haqda məlumat verilib. Bu haqda ShimalNews 19 dekabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Görüşün keçirilməsinin məqsədi gənclər və onların ailə üzvləri arasında vərəm, qızılca və digər infeksion xəstəliklərin yoluxma yolları və profilaktikası mexanizmləri barədə məlumatlılığın artırılması və infeksion nəzarətin düzgün icra edilməsi və pasiyentlərin müalicəyə bağlılığının təmin olunmasının vacibliyini sadə şəkildə izah etməkdir.