Xaçmaz rayon Qalağan kənd orta məktəbinin şagirdləri "Yaşıl Dünya Naminə Həmrəy Olaq" adlı aksiyaya qoşulublar. Bu haqda ShimalNews 2 may tarixində məlumat verir.
Tədbir Samur-Yalama Milli parkında keçirilib. Gənclər park əməkdaşları ilə birgə iməcilik keçiriblər. Təbiətə atılan tullantılar ərazilərdən toplanaraq kənarlaşdırılıb.