Xaçmaz Gənclər Klubunun üzvləri 1-ci görüşlərini keçiriblər. Bu barədə ShimalNews 25 iyul tarixində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Tədbir Zəfər parkında baş tutub. Toplantıda iştirakçılara könüllü kodeksi haqqında ətraflı məlumat verilib. Həmçinin gələcək layihələrlə bağlı müzakirələr aparılıb.
Bu kimi görüşlərin keçirilməsi bundan sonra da nəzərdə tutulur.