Xaçmazda "Gənclər" düşərgəsinə start verilib. Bu barədə ShimalNews 2 avqust tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
Rayon Olimpiya Kompleksində təşkil edilən düşərgədə 7 müxtəlif rayondan 55-dən artıq şagird iştirak edir.
Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkil etdiyi düşərgə 5 avqustadək davam edəcək.