Xaçmaz rayonunda “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda tədbir keçirilib. Bu haqda ShimalNews 26 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Şimali kəndində təşkil edilən tədbirin məqsədi gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi olub. Balıq və digər su bioresurslarının sənaye ovunu həyata keçirən balıqçılıq subyektlərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib.
Həmçinin kiçikhəcmli gəmilərə texniki nəzarətin normaları izah olunub, su nəqliyyatı vasitələrinin texniki baxışdan keçirilməsinin və sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb.