Xaçmaz rayonunda ixrac təlimləri keçiriləcək. Bu haqda ShimalNews 21 noyabr tarixində “Aqrar Tədarük və Təchizat”a istinadən məlumat verir.
Baş tutacaq təlimlərdə fermerlər ixrac məhsulları, tələblərin müəyyən edilməsi, ixrac sənədlərinin hazırlanması, qablaşdırma, logistika şərtləri, gömrük rəsmiləşdirilməsi və ixracla bağlı digər proseslərlə tanış ola biləcəklər.
Təlimlər 24 noyabr tarixində start alacaq. İştirak üçün (050) 400-88-99 nömrəsinə müraciət edərək qeydiyyatdan keçmək lazımdır.