Əslən Xaçmazdan olan Əməkdar jurnalist Əntiqə Qonağın “44 günlük savaşın 444 cəngavəri” adlı üçcildliyinin növbəti təqdimatı keçirilib. Bu haqda ShimalNews 13 may tarixində məlumat verir.
Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə rayon rəsmiləri, ictimai fəallar, qazilər, şəhid yaxınları ilə bərabər, Bakıdan gələn qonaqlar da iştirak ediblər. Müəllif Əntiqə Qonaq çıxışında kitabın yazılması zamanı etdiyi müşahidələr, rastlaşdığı duyğusal anlar haqqında danışıb. Müəllif deyib ki, 444 döyüşçü haqqında məlumat toplamaq elə də asan olmayıb. Döyüşçülərin çoxu danışmağa meyilli olmayıb, onlar bir qayda olaraq, böyük bir iş görmədiklərini, Vətənə borclarını verdiklərini deməklə təvazökarlıq ediblər.
Sözügedən kitabın ilk iki cildinin təqdimatı 2023-cü ilin oktyabrında Xaçmaz Heydər Əliyev Mərkəzində keçirilib. Kitabın 3-cü cildi dərc edildikdən sonra 2024-cü ilin aprelində AMEA Mərkəzi Elmi Kitabxanasında onun geniş təqdimatı təşkil edilib.