Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Bu barədə ShimalNews 26 aprel tarixində DİN-ə istinadən məlumat verir.
Baş Sumqayıt Xətt Polis Bölməsinin iştirakı ilə Naxçıvan MR Şərur rayon sakini Rahim Vəliyev saxlanılıb. O, dəmir yolundan oğurluq etməkdə şübhəli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs dəmir yolunun Baş Sumqayıt-Güzdək mənzilinin 23-cü kilometrliyindən işlək vəziyyətdə olan rabitə naqilini kəsərək oğurlayıb və satıb.
Faktla bağlı Xaçmaz Xətt Polis Şöbəsinin istintaq qrupunda cinayət işi başlanılıb.
[video width="848" height="480" mp4="https://shimal.news/storage/photos/2023/04/WhatsApp-Video-2023-04-26-at-12.07.55.mp4"][/video]