Xaçmaz rayonunda yerləşən məktəb qəzalı vəziyyətdədir. Bu haqda ShimalNews 7 dekabr tarixində məlumat verir.
Söhbət 1939-cu ildə inşa edilən İstisu qəsəbəsinin tam orta məktəbindən gedir. Uzun illər təmirsiz olan binanın döşəməsi və tavanı yararsız, pəncərələri isə şüşəsizdir.
“Məktəb baxımsızdır. Sonuncu zəlzələdən burada vəziyyət daha da ağırlaşdı. Biz uşaqlarımızı məktəbə göndərməyə qorxuruq”, - deyə valideyin bildirib.
Bizə təqdim edilən materiallarda sinif otağında siçan qaçdığını görmək mümkündür. Videonu oxuculara təqdim edirik:
