Bıçaqlanan Xaçmaz şəhər sakinləri Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Bu haqda ShimalNews 18 dekabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.
31 yaşlı Hacağa Əzizov və 30 yaşlı Tural Bünyataliyev bıçaq xəsarətləri alıblar. Hadisəni Quba rayonunun 26 yaşlı Barlı kənd sakini Fərid Əhməd oğlu Mirişovun törətdiyi bildirilir.
Hadisənin hansı zəmində baş verməsi barədə məlumat yoxdur.
Daha öncə iki nəfərin xəsarət alması haqda məlumat vermişdik.