Xaçmaz rayonunda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası keçirilib. Bu barədə ShimalNews 26 iyul tarixində quruma istinadən məlumat verir.
Regional Qaz İstismarı İdarəsinin məsul şəxsləri vətəndaşların müraciətlərinin qeydiyyatını aparıblar.
Burada iştirak edən sahibkarlar, eləcə də rayonun digər sakinləri bəzi hallarda qazın təzyiqinin aşağı olması, fərdi qazlaşma və sair məsələlərlə bağlı öz təklif və iradlarını bildiriblər.
Qeydiyyata alınan müraciətlərin birliyin baş direktoruna çatdırılacağı və rəhbərliyin tapşırığına uyğun olaraq tədbirlərin görüləcəyi bildirilib.