Xaçmaz rayonunda yanvarın 12-nə kimi “ASAN Səyyar” xidmət göstərəcək. Bu barədə ShimalNews 25 dekabr tarixində məlumat verir.
Səyyar məntəqə Hacı Zeynalabdin Tağıyev küçəsində (Statistika binasının qarşısında) fəaliyyət göstərir. Əhali həftənin 5 günü müraciət edə bilər. Avtobus saat 10:00-dan 18:00-dək xidmət üçün açıqdır. Saat 14:00-dan 15:00-dək nahar fasiləsidir. Şənbə və bazar qeyri-iş günləridir.
“ASAN Səyyar”ın əsas məqsədi göstərilən dövlət xidmətlərinin vətəndaşlara daha rahat üsulla təqdim edilməsidir.