Xaçmaz rayonunda yubileylərini qeyd edən ağsaqqallar təltif ediliblər. Bu haqda ShimalNews 21 noyabr tarixində RİH-yə istinadən məlumat verir.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şair Gülümbala Nəsirlini 85, Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Əli Mustafayevi 80 illik yubileyləri münasibətilə fəxri fərmanlarla mükafatlandırıb.