Xaçmaz rayonunun Çarxı kəndində yanğın hadisəsi baş verib. Bu haqda ShimalNews 3 may tarixində məlumat verir.
Ümumi sahəsi 91 kv.m olan 4 otaqlı ev alışıb. Nəticədə mətbəx, ev əşyaları və 1 otaq yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri cəlb edilib. Alov söndürülüb.