Xaçmazda Qida Təhlükəsizliyi Agentliyi apteklərdə monitorinqlər keçirib. Bu haqda 2 may tarixində ShimalNews AQTA-ya istinadən məlumat verir.
Yoxlamalar nəticəsində N.Nərimanov küçəsində yerləşən "Dəniz" və “555” apteklərdə Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.