Xaçmazda yol qəzası baş verib. Bu barədə 6 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Hadisə Xaçmaz-Xudat yolunda saat 15:30 radələrində qeydə alınıb. “Lada(VAZ)-21014” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Əraziyə yol polis əməkdaşları cəlb olunub.
Xəsarət alan olmayıb.
Daha öncə, Xaçmazda Nərəcan kəndində yol-nəqliyyat hadisəsi barəsində məlumat vermişdik.