Xaçmazda 2 avtomobilin iştiraki ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə məlumat 1 noyabr tarixində ShimalNews-a daxil olub.

Hadisə bu gün 8:30 radələrində Nərəcan kəndində qeydə alınıb. Yaşıl rəngli “VAZ-2106” markalı avtomobil işıqforda “VAZ-2101” markalı avtomobil ilə toqquşub. Əraziyə yol polis əməkdaşları cəlb olunub.

Xəsarət alan olmayıb.

Daha öncə, Xaçmazda Zeynalabdin Tağıyev küçəsində baş verən yol qəzası barəsində məlumat vermişdik.