Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Shimal.News xəbər verir ki, tədbir fevral ayının 7-də Qusar Rayon Polis Şöbəsinin inzibati binasında keçiriləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar fevralın 6-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.